AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Genetik Ehtiyatlar İnstitutunda 20 yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir
Yan 20, 2018 | 05:12 / Konfranslar, iclaslar
Oxunub 348 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda 20 yanvar faciəsinin 28-ci il dönümü ilə bağlı anım tədbiri keçirilmişdir.

İlk öncə tədbirdə qanlı yanvar faciəsində həlak olanların xatirəsi ehtiramla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan institutun Həmkarlar Təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Hamlet Sadıqov bu günün tariximizə qanlı hərflərlə yazıldığını bildirmişdir. O, 1990-cı ilin yanvarında Sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanın müstəqilliyi və azadlğı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışmışdır. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etmişdir.

Daha sonra çıxış edən biologiya ürə fəlsəfə doktoru Vəli Qarayev bu qanlı hadisələrin xronikası haqqında fikirlərini bölüşmüşdür.

Sonda 20 yanvar faciəsinin dəhşətlərini əks etdirən videoçarx nümayiş etdirilmişdir.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015