AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
21 dekabr 2017-ci il tarixində AMEA Dendrologiya İnstitutunun 2017 -ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirildi.
Dek 22, 2017 | 09:52 / Konfranslar, iclaslar
Oxunub 496 dəfə

21 dekabr 2017-ci il tarixində AMEA Dendrologiya İnstitutunun 2017 -ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirildi.

İnstitutun direktoru AMEA-nın müxbir üzvü Tofiq Məmmədov hesabat ilində laboratoriyalarda aparılan elmi-tədqiqat işləri və alınan nəticələr haqqında ətraflı məlumat verdi. O, bildirdi ki, institutda 1 problem, 8 mövzu, 8 iş üzrə 44 mərhələdə elmi-tədqiqat işi aparılıb. İnstitutun əməkdaşları tərəfindən 4 kitab, 55 məqalə və  26 tezis olmaqla 85 elmi əsər dərc edilmişdir ki, onlardan da 26 məqalə və tezis xaricdə, 6 məqalə isə İmpact faktorlu jurnallarda dərc edilmişdir.

Gənc kadrlarhaqqında ətraflı məlumat verərək qeyd etdi ki, hazırda institutda 6 doktorant, 8 dissertant, 4 magistr müvafiq mövzular üzrə tədqiqat işlərini davam etdirir. Cari ildə 1 əməkdaş fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işi müdafiə etmiş, 1 əməkdaş isə elmlər doktoru alimlik dərəcəsi almış, 6 gənc isə müvafiq institutların magistratura mərhələsini “ Botanika” ixtisası üzrə bitirmişdir.

AMEA-nın müxbir üzvü Tofiq Məmmədov qeyd etdi ki, Dendrologiya İnstitutu müxtəlif dövlət proqramlarının icrasında iştirak edir. Cari ildə təqdim olunan  elmi-tədqiqat işlərinin nəticələrinə görə 2 patent, 2 gigiyenik sertifikat alınmışdır. İnstitut 1 beynəlxalq qurultay və 2 konfransın təşkilatçısı olmuşdur.

Hesabat iclasında institutun əməkdaşları tərəfindən təklif edilən mühüm nəticələr də müzakirə olundu. Hesabat Elmi Şura üzvləri tərəfində yekdilliklə qəbul olundu.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015