AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Botanika İnstitutunun alimi “Ən layiqli alim – Ə.L.A.” müsabiqəsinin qalibi olub
Okt 23, 2017 | 07:00 / Mühüm hadisələr
Oxunub 102 dəfə

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində keçirilən “2016-cı ilin alimi” müsabiqəsinin 8 qalibindən biri AMEA Botanika İnstitutunun Bitkilərin fizioloji ekologiyasi laboratoriyasının müdiri, b.ü.f.d. Esmira Əlirzayevadır.

E.Əlrzayeva 2016-cı ildə göstərdiyi uğurlu elmi fəaliyyəti, yüksək impakt faktorlu jurnallarda dərc olunmuş elmi məqalələri və elmi işlərinə istinad edilən alim kimi EİF tərəfindən müəyyənləşdirilərək beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilib və mükafatlandırılıb.

İnstitutun kollektivi adından alimi erəkdən təbrik edir, elmi fəaliyyətində uğurlar arzulayiriq!

 

©  http://bteb.science.gov.az/

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015