AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
FİZİOLOGİYA İNSTİTUTUNDA ZEMFİRA FUAD QIZI CƏFƏROVANIN 85 İLLİK YUBİLEYİ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD OLUNDU
Okt 23, 2017 | 07:02 / Yubileylər
Oxunub 677 dəfə

Bu gün AMEA-nın Fiziologiya İnstitutundaelmi katib, biologiya üzrə fəlsəfə doktoru, böyük elmi işçi Cəfərova Zemfira Fuad qızının 85 illik yubileyinə həsr olunan tədbir keçirildi.

Yubilyarı təbrik edən İnstitutun əməkdaşları Z.Cəfərovanın zəngin yaradıcılığından, Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən söz açdılar. Alimi yaxından tanıyan dostları, həmkarları onunla bağlı xatirələrini bölüşdülər.

Qeyd edək ki,Cəfərova Zemfira Fuad qızı 22 oktyabr 1932-ci ildə Bakı şəhərində anadan olub. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmiş, 1959-cu ildən Fiziologiya Sektorunda kiçik elmi işçi vəzifəsində işləyib. 1967-ci ildən biologiya elmləri namizədi, böyük elmi işçidir.

1968-Cİ İLDƏN İNDİYƏDƏK FİZİOLOGİYA  İNSTİTUTUNDA  ELMİ KATİB VƏZİFƏSİNDƏ ÇALIŞIR.

Eyni zamanda biologiya elmləri namizədi, böyük elmi işçi, Z.F.Cəfərova 1990-cı ildən etibarən İnstitutun nəzdində fəaliyyət göstərən “İnsan və heyvan fiziologiyası” və “Biokimya” ixtisasları üzrə namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya Şurasının elmi katibi vəzifəsini yerinə yetirib. Ötən müddət ərzində onun elmi katib olduğu Şurada 250-yə yaxın doktorluq və namizədlik dissertasiyaları müvəffəqiyyətlə müdafiə olunub.

Z.F.Cəfərovanm İnstitutun kadr hazırlığında yaxından iştirakı fizioloq tədqiqatçılarımızın dünyanın aparıcı elm ocaqlarında təmsil olunması və tanınmalarında böyük əhəmiyyət kəsb edir.

Z.F.Cəfərova işlədiyi müddət ərzində öz işinə böyük sevgi və rəğbətlə yanaşmış, İnstitutun elmi fəaliyyətinin işıqlandırılması və qiymətləndirilməsində əvəzsiz fəaliyyət göstərərək əməkdaşların dərin hörmətini qazanıb.

49 ildən artıq müddətdə Zemfira Fuad qızı görkəmli fizioloqlardan akademik A.İ.Qarayev, akad. H.H.Həsənov, akad. Ş.K.Tağıyev, professor Ə.R.Allahverdiyev, AMEA-nm müxbir üzvü T.M.Ağayev, b.ü.e.d. U.F.Həşimova ilə yanaşı fəaliyyət göstərib. Bu insanların öz xarakterlərinə, temperamentlərinə və digər insani keyfiyyətlərinə görə bir-birlərindən kəskin fərqlənmələrinə baxmayaraq, Zemfira xanım öz alicənablığı və nəzakətliyi sayəsində həm onların, həm də İnstitut kollektivinin sevimlisi olmuşdur.

Z.F.CəfərovaAzərbaycan Milli Elmlər Akademiyasının kollektivi arasında dərin hörmət qazanmış, səmərəli elmi-tədqiqat və ictimai fəaliyyətinə görə 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti “Tərəqqi” medalı ilə təltif olunub. O dəfələrlə AMEA-nın Rəyasət Heyətinin medal və fəxri fərmanları ilə təltif edilib.

ZEMFİRA FUAD QIZI CƏFƏROVANIN 85 illik yubileyi münbasibətilə kollektiv adından təbrik edir, Ona uzun ömür, can sağlığı arzulayırıq.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015