AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Genetik Ehtiyatlar İnstitutunda "Genetik modifikasiya olunmuş orqanizmlərin identifikasiyası, təyini və laboratoriyaların İSO standartına (17025) uyğun akkreditasiyası” üzrə regional kurs keçirilir
Okt 16, 2017 | 06:51 / Konfranslar, iclaslar
Oxunub 133 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ)16 oktyabr 2017-ci il tarixində“Genetik modifikasiya olunmuş orqanizmlərin identifikasiyası, təyini və laboratoriyaların İSO standartına (17025) uyğun akkreditasiyası” üzrə regional kurs təşkil olunmuşdur. 5 gün davam edəcək  kursda Azərbaycan, Qazaxıstan, Tacikistan və Qırğızıstan Respublikalarının Səhiyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Milli Elmlər Akademiyası və Universitetlərinin alim və mütəxəssisləri iştirak edir.

Qeyd edilən müddət ərzində Genetik Modifikasiya olunmuş Orqanizmlər (GMO) üzrə Avropa ölkələrində yaradılmış biotəhlükəsizlik sistemləri, qanunvericilik və GMO-ların  molekulyar səviyyədə dəqiq və sürətli təyini üzrə nəzəri mühazirələr oxunulacaq, o cümlədən GMO-nun adi və RealTime PCR vasitəsilə təyini üzrə praktik təcrübələr qoyulacaqdır. Laboratoriya dərsləri AMEA GEİ-nin Biotexnologiya şöbəsinin müvafiq laboratoriyalarında FAO-nun eksperti Dr.Tzveta Georgieva, İnstitutun molekulyar genetika sahəsi üzrə ixtisaslaşmış mütəxəssisləri, Biotexnologiya və Bitki fiziologiyası şöbələrinin gənc tədqiqatçıları tərəfindən həyata keçiriləcəkdir. Bundan əlavə, Azərbaycan,Qazaxıstan, Tacikistan və Qırğızıstanda biotəhlükəsizlik üzrə qanunvericiliyin təkmilləşdirilməsi, genetik modifikasiyaya uğradılmış və ya genomu dəyişdirilmiş orqanizmlər üzrə biotəhlükəsizlik sisteminin yaradılması haqqında müzakirələr aparılacaqdır. HəmçininGMO-nun təyini üzrə Avropanın ixtisaslaşmış referens laboratoriyaları ilə əməkdaşlıq və Azərbaycanda fəaliyyət göstərən müvafiq laboratoriyaların yerli və beynəlxalq akkreditasiyadan keçirilməsi məsələlərindən bəhs ediləcəkdir.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015