AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA Zoologiya İnstitutunun əməkdaşı “Azərkosmos” ASC tərəfindən elan edilmiş müsabiqənin qalibi olub
Okt 05, 2017 | 05:30 / Mühüm hadisələr
Oxunub 2899 dəfə

AMEA Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərov “Azərkosmos” ASC tərəfindən elan edilmiş “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin  məsafədən müşahidəsi xidmətlərinin təşviqi” müsabiqəsinin qalibi olub. Qalib olduğu üçün ona   “Azərkosmos” ASC tərəfindən Azərbaycanın son aerokosmik görüntüləri, elektron xəritələri təqdim olunacaqdır. Təqdim olunmuş layihə çərçivəsində institutun əməkdaşları Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmiş nəsli təhlükədə olan növlərin yaşayış yerlərinin kompüter modelləşməsini aparacaqlar. Əldə olunmuş modellər bu növlərin yayıla biləcəyi bütün potensial əraziləri müəyyən etməyə imkan verəcəkdir. Layihə nəticəsində əldə olunan məlumatlar  gələcəkdə nadir növlərin həmin ərazilərdə bərpa olunması proqramlarında istifadə ediləcəkdir. İnstitutumuzun gənc kollektivinə nadir növlərin bərpasına dair başladıqları tədqiqat işlərində uğurlar diləyirik!

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015