AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Mərkəzi Nəbatat Bağının direktoru Fransa Respublikasında elmi ezamiyyətdə olub
Okt 04, 2017 | 07:02 / Maraqlı məlumatlar
Oxunub 112 dəfə

AMEA Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., b.ü.f.d. Vahid Fərzəliyev  24-28 sentyabr 2017-ci il tarixində Fransa Respublikasının Marsel şəhərində elmi ezamiyyətdə olub. Səfər Eks-Marsel Universitetinin dəvəti ilə baş tutub.

Fərzəliyev Fransanın Eks-Marsel Universiteti və Aralıq Dənizi Hövzəsinin Dəniz və Quru Biomüxtəlifliyi və Ekologiyası İnstitununbirgə təşkilatçılığı ilə keçirilən “Ardıc ağaclarının tətqiqi” mövzusunda beynəlxalq elmi seminarda iştirak edib. Tədbirdə son illərdə dünyada ardıc ağaclarının tədqiqi ilə bağlı əldə olunmuş mühüm elmi nəticələr və gələcəkdə koordinasiya olunacaq birgə layihələr müzakirə olunub.

Səfər çərçivəsində V. Fərzəliyev Fransanın biomüxtəliflik baxımından ən zəngin ərazilərindən olan Ardeş əyalətinə təşkil olunmuş ekspedisiyada iştirak edərək fransız tədqiqatçılarının meşə ekosistemlərinin öyrənilməsi ilə bağlı apardıqları çöl-tədqiqat işləri ilə yaxından tanış olub.

 

©  http://bteb.science.gov.az/

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015