AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Azərbaycan Herontoloqlar Cəmiyyəti Beynəlxalq Herontologiya Və Heriatriya Assosiasiyasinin Tərkibinə Daxil Edilmişdir
Okt 01, 2017 | 04:16 / Mühüm hadisələr
Oxunub 3128 dəfə

         Azərbaycan uzunömürlülüyün özünü  ənənəvi populyasion fenomen kimi gostərdiyi respublikadır.Bu təsəvvur həm rəsmi statistik məlumatların, eləcə də KİV-d.ə  tez-tez rast gəlinən materialların əsasında yaranmışdır.Uzunömürlülüyün genetik və fizioloji mexanizmlərinin öyrənilməsi hal- hazırda Azərbaycan MEA A.İ.Qarayev adına  Fiziologiya İnstitutunun önəmli tədqiqat istiqamətlərindən biridir.

         Respublikamızda fəaliyyəti  və işi  uzunömürlülük  və uzunömürlülüyün yaşanması məsələlərini öyrənməklə bağlı olan digər təşkilat Azərbaycan Herontoloqlar  Cəmiyyətidir ki, onun da əzas təşkilatçısı və prezidenti  AMEA  A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru  biologiya elmləri doktoru Ulduz  Haşımovadır.

         Yarandığı ilk anlardan  bu cəmiyyət  əhalinin böyük yaş qruplarının yaşayışının keyfiyyətinin davamlı  yüksəlməsi  üçün , mərkəzi və ərazi dövlət  orqanları , qeyri – kommersiya təşkilatları ,alim və mütəxəssislərin nümayəndələrinin köməyi ilə tədbirlərin keçirilməsi yolu ilə; sosial herontologiya sahəsində təhsil proqramlarının yerinə yetirilməsi;  ali və orta məktəblərdə  müasir herontologiyanın əsaslarının tədrisi üçün elmi və metodiki köməyin  göstərilməsi;  dünyanın aparıcı herontoloji mərkəzləri və s. ilə əlaqələrin yaranması və saxlanması məsələlərını qarşısına  məqsəd qoymuşdur.

         Cəmiyyətin ən böyük son nailiyyətlərindən birı,  elmin müvafiq bolmələri ilə məşğul olan ən böyük təşkilat, Beynəlxalq Herantologiya və Heriatriya Assosiasiyası tərkibinə daxıl olmasıdır. BHHA cəmiyyətinin tərkibinə seçilmə  2017- ci ilin 23-27 iyulunda San – Fransiskoda  keçirilən Beynəlxalq  Herontologiya  və  Heriatriya  Konqresində vahid  səsvermə ilə qəbul  edilmişdir. Bu hadisənin rəsmi təsdiqi  bu ilin 19 sentyabrında BHHA –nın  mənzil- qərargahında  olmuşdur.

         Qeyd etmək lazımdır ki, Azərbaycan Herontoloqlar Cəmiyyətinin BHHA –nın üzvi olması   beynəlxalq əlaqələr və imkanlara  böyük  perspektivlər  açır  və dünya elmi cəmiyyətləri ilə birlikdə uzunömürlülük fenomenini öyrənmək üçün  proyektlərin hazırlanmasına maraqları artırır.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015