AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
MEA Botanika İnstitutunda “Web of Science” platformasından istifadə qaydalarına dair seminar keçirilib
Sen 28, 2017 | 08:11 / Konfranslar, iclaslar
Oxunub 139 dəfə

AMEA Botanika İnstitutunda “Tədqiqatçılar üçün elmi informasiya resursları” mövzusunda maarifləndirici seminar keçirilib.

AMEA Mərkəzi Nəbatat Bağı və Mikrobiologiya İnstitutunun əməkdaşlarının da iştirak etdiyi seminar AMEA ilə “Clarivate Analitics Web of Science” təşkilatı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutub. Seminarda AR Təhsil Nazirliyinin əməkdaşı Aygün Babazadə çıxış edərək elmi-analitik informasiya platforması olan “Web of Science” sistemindən istifadə qaydaları, o cümlədən bu şəbəkəyə məqalələr təqdim etmək, xarici nəşrləri oxumaq və digər imkanlar barədə də əyani məlumat verib.
Sonda əməkdaşları maraqlandıran bütün suallara aydınlıq gətirilib.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015