AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
ABŞ Botanika Bağları Cəmiyyətinin üzvlərinin Botanika İnstitutunda təqdimat seminarı keçirilib
Sen 25, 2017 | 06:14 / Konfranslar, iclaslar
Oxunub 56 dəfə

AMEA Botanika İnstitutunda ABŞ-ın aparıcı Botanika bağlarının təmsil olunduğu Botanika Bağları Cəmiyyətinin (BBC) nümayəndələrinin iştirakı ilə təqdimat seminar keçirilib. Seminarı İnstitutun direktoru, akademik Validə Əlizadə açaraq təşkilatlararası  imzalanmış əməkdaşlıq memorandumundan söz açıb. Qeyd edib ki, bu memorandum gələcəkdə təcrübə mübadiləsi və müştərək layihələr üzərində işləmək üçün perspektivlər açır.  

Seminarda BBC-in baş kordinatoru Dr. Andrey Bunting, Botanika bağlarının aparıcı kuratorları Peter Zale (Longwood Bağları), Vincent Marrocco (Morris Arboretum), Phil Douglas (Çikaqo Botanika Bağı), Matt Lobdell (Morris Arboretum Bağı), Henrik Sjoman (Gothenburg Botanika Bağları) təmsil etdikləri təşkilatların  fəaliyyətindən  bəhs edən məruzələr təqdim ediblər. Sonda əməkdaşları maraqlandıran suallar ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Səfər müddətində qonaqlar Azərbaycanın yabanı florasının öyrənilməsi məqsədilə Zaqatala, Qax, Lerik və Lənkəran ərazilərində müştərək tədqiqatlar aparıblar. Toplanan bitki və toxum nümunələri bioloji müxtəlifliyin mühafizəsi məqsədilə İnstitutun Toxum bankına təhvil verilib.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015