AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Həyatı xilas edilmiş elmi işçi akademik Əhliman Əmiraslanova təşəkkür məktubu ünvanlayıb
Avg 23, 2017 | 07:36 / Konfranslar, iclaslar
Oxunub 946 dəfə

Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasında keçirdiyi əməliyyatdan və ona göstərilmiş yüksək xidmətdən razı qalan vətəndaş AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanova təşəkkür məktubu göndərmişdir. Məktuda deyilir:  

"Hörmətli Əhliman müəllim.

 Mən, Sizə onkoloji problemim olduğu üçün müraciət etmişdim. Çox sağ olun ki, mənim vəziyyətimi nəzərə alaraq məni Yasər həkimin yanına göndərdiniz. O da məni Lalə xanımın şöbəsinə yönləndirdi və mən təcili əməliyyat olundum. Qeyd edim ki, əməliyyat uğurlu oldu və analizlərim də qənaətbəxşdir.

Mən fəxr edirəm ki, Azərbaycanda sizin kimi ziyalı, insan kimi insan vardır. Mən, Sizə və kollektivinizə öz adımdan, həm də ailəm adından təşəkkürümü bildirirəm.

Əhliman müəllim onu da Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bütün mənə göstərilən xidmətlər tam təmənnasız edilmişdir.

Bir daha Sizə minnətdarlığımı bildirirəm.

 

02 avust 2017-ci il"

 

©  http://bteb.science.gov.az/

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015