AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA institutlarının dəstəyi ilə “Gənclik və maarifçilik” İctimai Birliyi tərəfindən layihə icra edilmişdir
Avg 09, 2017 | 03:11 / Konfranslar, iclaslar
Oxunub 798 dəfə

Ərzaq və bioloji təhlükəsizliyin, ətraf mühitin qorunmasının əsası olan, qida, təsərrüfat, dərman, rekreasiya və s. əhəmiyyəti yüksək kəmiyyət daşıyan yerli (həm təbii, həm də mədəni) bioloji müxtəlifliyin qorunmasına, səmərəli, tükədilmədən istifadəsinə ictimai dəstək göstərilməsi istiqamətində fəaliyyətlər dövrün tələbidir. Bu sahədə dövlət tərəfindən gərəkli addımlar atılsa da, məsələnin kritik aktuallığı ictimaiyyət tərəfindən yetərincə dərk edilmir. Bunun nəzərə alınması ilə “Gənclik və maarifçilik” İctimai Birliyi tərəfindən “Ekoloji, bioloji və ərzaq təhlükəsizliyinin əsası olan bioloji müxtəliflik üzrə ictimai məlumatlandırma sisteminə giriş” layihəsi hazırlanmış və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il qrant müsabiqəsi çərçivəsində gerçəkləşdirilmişdir. Layihənin icrası gedişində AMEA-nın Dendrologiya İnstitutunda, Mərkəzi Nəbatat Bağında və Zoologiya İnstitutunun müzeyində bu elmi-tədqiqat müəssisələrinin alim və mütəxəssislərini də cəlb etməklə çox maraqlı tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərə Dəyanət liseyinin şaqirdləri və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakultəsinin tələbələri cəlb edilmişlər.

Qeyd edilən layihənin icrası nəticəsində cəlb edilmiş kontingent, Bakı məktəblərinin şagirdləri, ictimaiyyət bioloji müxtəliflik, onun dəyərləri, səmərəli istifadəsi və bu tipli digər məsələlərlə bağlı mötəbər mənbələrdən etibarlı məlumatlar əldə etmək imkanı qazanmışdır. Layihənin məqsədləri üzrə uzunmüddətli dövr üçün mühüm baza olacaq materiallar (bukletlər, informasiya vərəqləri, CD-lər, prezentasiyalar və s.) hazırlanmış, gənclərə biomüxtəlifliyin, ətraf mühitin qorunmasının, bitkilərə və heyvanlara qayğıkeş münasibətin vacibliyi aşılanmışdır.Layihə bitdikdən sonra da təbliğat materiallarının yayılması davam etdiriləcəkdir.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015