AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
“Biologiyanin tədrisində əyləncəli metodik dərnəklərin təşkili” kitabi nəşr olunub
İyl 21, 2017 | 09:15 / Yeni nəşrlər
Oxunub 535 dəfə

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov və   Dendrologiya İnstitutunun elmi işçi vəzifəsində çalışan Pərvin Şıxəliyevanın “Biologiyanın tədrisində əyləncəli metodik dərnəklərin təşkili” kitabı çapdan çıxıb.

Kitabda  biologiya və ekologiya fənnlərinin tədrisində  sinifdənkənar və dərsdənkənar  dərnək məşğələlərinin təşkilində şagirdlərin ətraf aləmlə tanışlığı, idrak marağının artırılması istiqamətində  metodiki və praktiki materiallar təqdim olunur.

Yerin flora və fauna genofondunun mühafizəsi, biomüxtəlifliyin artı­rıl­­ması, ekoloji tarazlığın saxlanılması istiqamətində dünya alimləri tərəfindən ge­niş təd­qi­qat işləri aparılmaqla yanaşı bu problemlərin həlli istiqamətində mək­təb­lər­də biologiyanın tədrisində çoxsahəli əyləncəli-metodik  la­yi­hə­lərdə hazırlanır.

Xüsusən də məktəblərdə, biologiya və ekologiya elminin tədrisi  şagirdlərə canlı təbiətin maddiliyini, qanunau­yğun­luq­larını, canlıların yaranmasını, quruluşunu, yayılmasını, inkişafını öyrətməklə yanaşı, ətraf mühitin mü­hafizəsinin zəruriliyinin dərk edilməsində əsas rol oynayır.  Biologiya və eko­logiya elminin mənimsənil­mə­sində bit­kilərin sənaye və təsarrüfat əhə­miy­yətliliyi, ço­xal­dıl­ması, yerli şəraitə uy­ğun­laş­dı­rıl­ması sahəsində biliklərin artırılmasında sinif­dən­kə­nar təbiətə ekskursiya, mü­şa­hi­də və təc­rü­bələrin qоyulması bu elmə maraq dairəsinin artmasına səbəb olur.

“Biologiyanın tədrisində əyləncəli metodik dərnəklərin təşkili” kitabında əyləncəli metodik layihələr əsasında məşğələlərin təşkili uşaq və gənclərin ekoloji mədəniyyətinin formalaşdırılmasında, xeyirxahlığın tərbiyə olunmasında, müşahidəyə maraq və tələbatın yaradılmasında  böyük əhəmiyyət kəsb edir.

Digər tərəfdən belə ekoloji və bioloji məşğələlər insanları təbii resurslardan düzgün  istifadəyə  vəekoloji tərbiyə əsasında təbiətə qayğı ilə yanaşmağa sövq edir.

“Biologiyanın tədrisində əyləncəli metodik dərnəklərin təşkili” kitabı I-XI sinif şagirdləri, biologiya və ekologiya müəllimləri və təbiətsevərlər  üçün  nəzərdə tutulmuşdur.

©  http://bteb.science.gov.az/

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015