AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA MƏRKƏZİ NƏBATAT BAĞININ ALİMİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB
İyl 12, 2017 | 05:47 / Konfranslar, iclaslar
Oxunub 930 dəfə

AMEA Mərkəzi Nəbatat Bağının (MNB) “Çiçəkçilik” laboratoriyasının elmi işçisi, Ofeliya Qafarova Rusiyanın Moskva şəhərində təşkil olunmuş “Botanika bağlarında az yayılmış dekorativ bitkilər” adlı beynəlxalq konfransda iştirak edib. Rusiya Elmlər Akademiyasının Baş Botanika Bağı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Botanika Bağı və Tver Dövlət Universitetinin Botanika Bağının birgə təşkilatçılığı ilə keçirilən elmi-praktiki konfransda gənc alim “Abşeronun yaşıllaşdırması üçün istifadə olunan MNB-nın seleksiyasından olan yeni dekorativ qızılgül sortları” mövzusunda məruzə ilə çıxış edib. Məruzə maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.

Səfər müddətində O.Qafarova Moskva Baş Botanika bağında dekorativ çiçək bitkiləri ekspozisiyaları ilə taniş olub. Bağın qızılgüllər kolleksiyası fondundan gətirilən 17 sortun çilikləri  MNB-a introduksiya olunacaq.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015