AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA MƏRKƏZİ NƏBATAT BAĞININ ƏMƏKDAŞI BEYNƏLXALQ YAY MƏKTƏBİNDƏ İŞTİRAK EDİB
İyl 06, 2017 | 05:32 / Konfranslar, iclaslar
Oxunub 939 dəfə

AMEA Mərkəzi Nəbatat Bağının Gənc Alim və Mütəxəsislər şurasının sədri Fərid Seyfullayev Minsk (Belorusiya) şəhərində  gənc alimlər üçün təşkil olunmuş “Sumforest Summer School” beynəlxalq yay məktəbindəiştirak edib. Mərakeş, Əlcazair, Tunis, Türkiyə, Liviya, Misir, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan və Rusiyadan olan 25 alimin iştiak etdiyitədbirdə gənc alimlərin inteqrasiyası və təcrübə mübadiləsinin təşkili, həmçinin, “Horizon 2020” poqramı üçün layihələrin yazılması və təqdim edilməsi qaydaları üzrə təlimlər keçirilib. Tədbir iştirakçıları qruplar şəklində müxtəlif layihə mövzuları seçərək onlar üzərində işlənilib və tədbirin son günündə hər qrup öz layihəsini təqdim edib. Bu işlənən layihələr kursda təlimçi kimi iştirak edən beynəlxalq ekspertlər təəfindən dəyələndirilib və layihə yazmaqla bağlı dəyəli tövsiyələr verilib. Həmçinin, müxtəlif ölkələrdən olan gənclərin birgə layihədə işləmək imkanları müzakirə edilib və ilkin razılıqlar əldə edilib.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015