AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Fiziologiya İnstitutunun direktoru Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının vitse-prezidenti seçilib
İyl 04, 2017 | 08:28 / Konfranslar, iclaslar
Oxunub 993 dəfə

22-23 iyun 2017-ci ildə Astana şəhərində Qazaxıstan Respublikası Prezdenti İşlər İdarəsi Tibb Mərkəzinin Qazaxıstan Respublikasının Herontoloqlar Cəmiyyətinin və Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyası ilə bigə təşkil etdiyi Herontoloqların II Avrasiya Qurultayı keçirilib. Qurultay çərçivəsində herontologiya və heriatriyanın fundamental, klinik və tibbi-sosial məsələləri müzakirə olunub.

Tədbirdə AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Herontologlar Cəmiyyətinin Prezidenti, biologiya üzrə elmlər doktoru U.F.Həşimova iştirak edib. O, Azərbaycanda yaşayan yüksək uzunömürlülük indeksi ilə fərqlənən populyasiyalarının öyrənilməsi üzrə elmi-tədqiqat proqramının nəticələri haqqında məruzə ilə çıxış edib. Məruzə digər ölkələrin təmsilçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Onu da qeyd edək ki, qurultayda U.F.Həşimova Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının vitse-prezidenti seçilib.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015