AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Mərkəzi Nəbatat Bağının aliminin "Bitki ekologiyası" adlı kitabı çapdan çıxıb
İyn 21, 2017 | 04:48 / Yeni nəşrlər
Oxunub 640 dəfə

AMEA Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri, b.ü.e.d. Elman İsgəndərin “Bitki ekologiyası” adlı  kitabı çap olunub. Kitabda bitkilərin müxtəlif şəraitlərdə bioekoloji xüsusiyyətləri və fərqli ekaloji amillərə qarşı biruzə verdikləri əlamətlər öz əksini tapmışdır.

Ekoloji anlayışlar, biotik və abiotik amillərin bitkilərin morfologiyasına və fizioloji prosseslərinə təsiri, ətraf mühitlə bitkilər arasında qarşılıqlı əlaqə, bitkilərdə ekoloji həyat tsikli, ətraf mühitin mühafizəsi, bioloji məhsuldarlıq, ekoloji çirklənmə, kosmik tədqiqatların ekoloji problemlərin həllində rolu, Azərbaycanın nadir bitkiləri kimi mövzuları əhatə edən kitab bitki ekologiyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015