AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
İlanlar və zəhərli sancmalar haqqında yaddaş kitabçası
İyn 13, 2017 | 06:52 / Konfranslar, iclaslar
Oxunub 958 dəfə

Son zamanlar ilanlar və zəhərli sancmalarla bağlı xeyli hadisələr baş verir. Bu hadisələr nəinki bu il hər il təkrar olunmaqdadır. Bu hadisələrdən xeyli sayda insanlar zərər görürlər. Odur ki, AMEA Zoologiya İnstitutunun mütəxəssisi biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov tərəfindən "İlanlar və zəhərli sancmalar haqında" yaddaş kitabçası (təlimatlar) hazırlanıldı.

Kitabça geniş oxucu kütləsi üçün nəzərdə tutulub, əhalinin ilanlar və zəhərli sancmalar haqqında düzgün biliklərlə maarifləndirilməsinə, ilanlara qarşı neqativ münasibətinaradan götürülməsinə, Azərbaycanın ilanlar, o cümlədən zəhərli ilan və həşərat növləri haqqında biliklər əldə etməsinə, ən başlıcası zəhərli sancmalardan qorunmaq üçün zəruri olan profilaktik tədbirlər, habelə zəhərli sancma hallarında ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə məlumatlandırmağa xidmət edir.

Əziz oxuyucular, yaddaş kitabçasını əldə etməklə insanları maarifləndirək və belə xoşagəlməz hadisələrin qarşısı alınaraq özümüzü ilanlardan və zəhərli sancmalardan qoruyaq.

Kitabçanı əldə etmək üçün aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiniz.

ƏLAQƏ:

İnformasiya və İnnovasiya şöbəsi
TEL: 0125397332
E-mail: zoology.institute@gmail.com
           ict@zoology.science.az

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015