AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Türkiyədə ezamiyyətdə olmuşdur
İyn 10, 2017 | 01:28 / Konfranslar, iclaslar
Oxunub 1382 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səltənət Ağayeva Türkiyənin Bursa şəhərində 20 günlük ezamiyyətdə olmuşdur.

O, Azərbaycanda yayılmış zeytun nümunələrində genetik müxtəlifliyin tədqiqi məqsədilə Uludağ Universitetinin Ziraat fakültəsində keçirilən təlim kursunda iştirak etmişdir. Bu məqsədlə istifadə olunan SSR və AFLP marker texnologiyalarının tətbiqi üsulları, həmçinin Sekvens Əsaslı Genotipləşdirmə (Genotypinq by Sequencing) ilə alınmış tək nukleotid polimorfizmlərinin (SNP - Single Nucleotide Polymorphism) Tassel S proqramı vasitəsilə analizi və assosiativ xəritələnməsi yollarını əhatə edən təlim proqramı professor Dr. Meryem İpek, dosent Dr. Ahmet İpek, doktorant Sevin Teoman və laboratoriyanın digər əməkdaşları tərəfindən aparılmışdır. Qeyd edilən üsulların mənimsənilməsi ilə yanaşı, Azərbaycandan aparılmış zeytun nümunələrinin yarpaqlarından DNT ekstraksiyası edilmiş, 8 SSR və 5 AFLP markerinin istifadəsi ilə onlarda genetik müxtəlifliyin qiymətləndirilməsi aparılmışdır. Tədqiqatın nəticələrini özündə əks etdirən müştərək məqalənin hazırlanması planlaşdırılmışdır.

Bundan əlavəiki qurum arasında əməkdaşlığın genişləndirilməsi və birgə tədqiqat layihələrinin hazırlanması məqsədilə danışıqlar aparılmış və razılıq əldə olunmuşdur.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015