AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
“Azərbaycan uzunömürlülərində gecə yuxusunun struktur xüsusiyyətləri” beynəlxalq təhsil salonunda müzakirə edilib
May 26, 2017 | 05:35 / Konfranslar, iclaslar
Oxunub 786 dəfə

2014-2016-cı illərdə A.İ. Qarayev adına Fiziologiya İnstitutunda həyata keçirilən «Uzunömürlüyün fizioloji və molekulyar genetik əsaslarının işlənməsi» tədqiqat proqramının nəticələri bir sıra elmi nəşrlərdə dərc edilib. İnstitutun direktoru, biologiya üzrə elmlər doktoru U.F.Həşimovanın, tibb üzrə elmlər doktoru Ə.R. Allahverdiyevin və tibb üzrə fəlsəfə doktoru A.A. Allahverdiyevanın müəllifləri olduğu"Azərbaycanın cənub zonası uzunömürlülərində gecə yuxusunun struktur xüsusiyyətləri" məqalə “Tətbiqi və fundamental tədqiqatlar üzrə beynəlxalq jurnal”da dərc olunub və mütəxəssislər arasında böyük marağa səbəb olub. Yüksək aktuallığı nəzərə alınaraq, məqalə Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyəti tərəfindən seçilmiş və cari ilin Moskva şəhərində keçirilən Beynəlxalq Təhsil Salonunda təqdimat və müzakirə edilmişdir. Elmi tədqiqat işində Azərbaycanın Lənkəran rayonunda yaşayan uzun ömürlü və ahıl yaşlı sakinlərdə gecə yuxusunun strukturu öyrənilib. Qeyd edək ki, tədbir Rusiya Hökumətinin sərəncamı ilə Təhsil və Elm Nazirliyi tərəfindən keçirilib. 

©  http://bteb.science.gov.az/

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015