AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA BOTANIKA İNSTİTUTUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜ QEYD OLUNUB
May 08, 2017 | 07:56 / Konfranslar, iclaslar
Oxunub 909 dəfə

Bu gün AMEA  Botanika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan  İnstitutun elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov Azərbaycanın qədim dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin özünəməxsus yer tutduğunu  qeyd edib. H.Əliyevin Azərbaycana rəhbərliyi dövründə  elm-təhsil, iqtisadi və aqrar sahələrə  göstərdiyi qayğıdan danışaraq dahi rəhbərin hələ sovet dövründə azərbaycanlı kadrların irəli çəkilməsinə xüsusi diqqət ayırdığını vurğulayıb. E.Novruzov: “H.Əliyev siyası fəaliyyəti dövründə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət edib, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışıb. Müstəqilliyinin ilk illərində parçalanma təhlükəsi ilə üzləşən Azərbaycanı  ulu öndər xilas edərək dinamik inkişaf yoluna çıxarıb. Heydər Əliyevin adı bu gün Azərbaycan xalqının qürur mənbəyinə çevrilib”.

Botanika İnstitutun Azad Həmkarlar Təşkilatının sədri, b.ü.f.d. Oktay Mirzəyev, b.e.d. Mayis Qasımov, Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov, doktorant Tural Qasımov və başqaları ümummilli lider Heydər Əliyevin Azərbaycanda tarixi rolu, apardığı ardıcıl və məqsədyönlü siyasəti haqqında danışıblar.

Sonda ümummilli lider H.Əliyevin həyatından bəhs edən video-çarx nümayiş olunub.

 

©  http://bteb.science.gov.az/

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015