AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Fiziologiya institutunun həmtəsisçisi olduğu beynəlxalq müsabiqədə azərbaycanli şagird qalib olub
May 06, 2017 | 10:28 / Konfranslar, iclaslar
Oxunub 1010 dəfə

28 aprel 2017-ci il tarixdə Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərində AMEA-nın A.İ.Qarayev adına Fiziologiya institutunun həmtəsisçisi olduğu “Rostok” Elmi-tədqiqat işlərinin I Beynəlxalq Gənclər konfrans-müsabiqəsi başa çatıb. 2017-ci ilin Rusiyada Ekologiya və Təbiətin Xüsusi Qorunan Əraziləri İli elan edilməsi ilə bağlı bu müsabiqədə Fiziologiya İnstitutunun himayəçilik etdiyi 132-134 saylı Təhsil kompleksinin 10-cu sinif şagirdi Məmmədov Asif  Elşad oğlu iştirak edib. Qeyd edək ki, A.E. Məmmədov 2 ay müddətində İnstitutun “Ekotoksikologiya” laboratoriyasında b.ü.f.d. Palatnikov Qriqori Mixayloviçin rəhbərliyi altında hazırlıq keçib. Müsabiqənin yekun nəticələrinə əsasən o, I yerə layiq görülüb və müvafiq sertifikatla təltif olunub.

 

©  http://bteb.science.gov.az/

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015