AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Zoologiya İnstitutunun gənc əməkdaşı Bakı Mühəndislik Universitetində "FameLab-2017" müsabiqəsinin final mərhələsində 3-cü yerə layiq görüldü
May 05, 2017 | 01:05 / Mühüm hadisələr
Oxunub 502 dəfə

Elmlə məşğul olan şəxslərdə danışıq qabiliyyətlərini inkişaf etdirmək imkanları yaradan bu müsabiqədə əsas iştirakçı kütlə 20 yaşdan yuxarı, elm və ictimai istiqamətlərdə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan şəxslərin iştirak etdiyi yarışmanın final mərhələsi keçirilib. Yarışın qaydalarına əsasən final mərhələsində 10 nəfər mübarizə aparıb. AMEA Zoologiya İnstitutunun gənc əməkdaşları Günay Qasımova və Nərmin Beydizadə də  final mərhələsində iştirak edib. Günay Qasımova “Kərtənkələrin özünü müdafiə mexanizmləri”, Nərmin Beydizadə isə “Hörümçək toru haqda maraqlı faktlar” mövzusu üzrə çıxışlar ediblər və müsabiqənin sonunda Günay Qasımova 3-cü yerə layiq görülüb.

 

 ©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015