AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Ərzaq və kənd təsərrüfatı biomüxtəlifliyinin vəziyyətinə dair milli hesabat ölkədə strateji planlaşdırmanın əsası olacaq
Apr 14, 2017 | 07:09 / Konfranslar, iclaslar
Oxunub 780 dəfə

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində Ərzaq və Kənd Təsərrüfatı Biomüxtəlifliyinin Vəziyyətinə dair Milli Hesabatın hazırlanması üzrə komissiyanın toplantısı keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyini, Kənd Təsərrüfatı Nazırliyini, Ekologiya və Təbii Sərvətlər Nazırliyini, Dövlət Statistika Komitəsini təmsil edən komissiya üzvləri iştirak ediblər.

Toplantını giriş sözü ilə açan milli əlaqələndirici, komissiyanın sədri,AMEA-nın müxbir üzvüZeynal Əkpərov hesabatın hazırlanması ilə əlaqədar görülmüş işlərə diqqət çəkərək bir daha vurğulamışdır ki, bu mühüm sənəd ərzaq təhlükəsizliyinin təmin olunmasında və ətraf mühitin sağlamlığında mühüm rol oynayan kənd təsərrüfatı, meşə, heyvan, torpaq, su hövzələri, göbələk, mikroorqanizm və s. biomüxtəlifliyinin mövcud vəziyyətini, mühafizəsi və səmərəli istifadəsinin elmi, mədəni, sosial-iqtisadi əsaslarını, ölkələrin, regionların, dünyanın inkişafında, çoxsaylı ekosistem xidmətlərində rolunu, eləcə də bütün bunlarla bağlı prioritetləri, çağırışları, informasiya və tədqiqat boşluqlarını, sair məsələləri geniş, kompleks və dəqiq şəkildə əhatə etməlidir.O həmçinin billdirmişdir ki, Milli Hesabat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən Ərzaq və Kənd Təsərrüfatı Biomüxtəlifliyinin Vəziyyətinə dair I Dünya Hesabatının hazırlanmasında Azərbaycanın təmsilçiliyi baxımından da mühüm əhəmiyyət daşıyır.

Komissiya üzvləri razılığa gəliblər ki, ətraf mühitin, xüsusən iqlim dəyişmələrinin, eləcə də digər amillərin biomüxtəlifliyə və onun komponentlərinə təsiri, ölkədə mövcud olan təsərrüfat sistemləri, onların arealları, tutduqları sahələr, xəritələri, mövcud vəziyyəti, insan resursları və inkişaf tendensiyaları, həmçinin onlarla digər göstəricilər haqqında nazirlik və baş idarələrdə, elmi tədqiqat institutlarında bu günə qədər toplanmış müxtəlif, o cümlədən statistik məlumatlar, tədqiqat nəticələri, hesabat yönümlü sənədlər vahid mərkəzdə toplanılsın və ciddi təhlillər aparılsın. Komissiyanın işinə AzərbaycanRespublikası Əmlak Məsələləri Dövlət Komitəsinin mütəsxəssislərinin də cəlb olunması tövsiyə edilib.

Tədbirin gedişində hesabatın milli məsələ olması dəfələrlə vurğulanıb, gələcəkdə ölkədə strateji planlaşdırmada mühüm rol oynamaqla, qərar qəbuluna məsul şəxslərin stolüstü kitabı olacağına inam ifadə olunub.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015