AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
«Azərbaycan dendroflorası» kitabının 3-cü cildi dərc edilmişdir.
Mart 13, 2017 | 06:21 / Yeni nəşrlər
Oxunub 879 dəfə

AMEA-nın Dendrologiya institutunun direktoru, AMEA-nın müxbir üzvüTofiq Məmmədovun rəhbərliyi ilə ardıcıl həyata keçirilən ekspedisiyalar və Azərbaycan dendroflorasının müasir vəziyyətinin monitorinqi nəticəsindən “Azərbaycan dendroflorası” kitabının 3-cü cildi dərc edilmişdir.
“Azərbaycan dendroflorası” kitabının III cildi I və II cildin davamı olub, yerli və xarici floraya mənsub 25 fəsilə, 42 cinsə aid 254 növ ağac-kol bitkisinin yayılma arealları, ekologiyası və istifadəsi haqqında məlumat verilirmişdir. Bu cild Angiospermae (Örtülütoxumlular) şöbəsinə aid Legiminosae və ya Fabaceae (Paxlakimilər) fəsiləsindən Plumbaginaceae (Qurğuşunçiçəyikimilər) fəsiləsinə qədər olan bitki növlərini əhatə edir. Tədqiq olunan növlərin taksanomik tərkibi və təyinedici açarları A.Enqler-Prantl və 2009-cu ildə qəbul edilmiş APG III-IV sistemlərinə istinad edilməklə verilmiş və hərtərəfli təhlil edilmişdir.
Kitab bioloqlar, botaniklər, ekoloqlar, dendroloqlar, ali və orta ixtisas məktəbinin müəllim və tələbələri, eyni ilə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

© www.bteb.science.gov.az

 

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015