AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Genetik Ehtiyatlar İnstitutunda Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir
Fev 24, 2017 | 05:02 / Konfranslar, iclaslar
Oxunub 908 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunan anım tədbiri keçirilmişdir.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü  Zeynal Əkpərov Xocalı şəhərinin erməni silahlı dəstələri tərəfindən 1 gecədə yerlə-yeksan edilməsindən,xalqımıza qarşı törədilmiş bu cinayətin ağır nəticələrindən, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsindən danışmışdır.  O, tariximizə yazılan bu qanlı hadisənin gənc nəsil tərəfindən unudulmaması və hər zaman yad edilməsinin vacibliyini vurğulamışdır.

Daha sonra İnstitutun Texnologiya şöbəsinin aparıcı elmi işçisi, əslən Xocalıdan olan Əkbər Kərimov öz çıxışında  bu hadisələrin canlı şahidi olduğunu, bəzi qohumlarının ermənilər tərəfindən amansızcasına qətlə yetirildiyini söyləmişdir.

Tədbirdə Xocalı soyqrımını əks etdirən videoçarx nümayiş olunmuşdur.

 

© www.bteb.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015