AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA BOTANİKA İNSTİTUTUNUN GƏNC ALİMİ IPBES QLOBAL QİYMƏTLƏNDİRİLMƏSI ÜZRƏ TƏDBİRDƏ İŞTİRAK ETMİŞDIR
Fev 15, 2017 | 01:31 / Konfranslar, iclaslar
Oxunub 1031 dəfə

AMEA Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dosent Rəşad Səlimov İspaniyanın Bilbao şəhərində IPBES (Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-Siyasət Platforması) tərəfindən təşkil olunan IPBES Gənc aparıcı mütəxəssislərin təcrübəkeçmə proqramında iştirak etmişdir.

Tədbirin məqsədi IPBES-in biomüxtəliflik və ekosistem xidmətləri üzrə davam edən 6 müxtəlif qiymətləndirilməsinə cəlb olunmuş gənc mütəxəssislərin müvafiq bilik və bacarıqlarını inkişaf etdirmək,  müzakirələr yolu ilə maraqlı və faydalı məlumatları paylaşmaq, onlar arasındakı əməkldaşlığı gücləndirməkdən ibarətdir. 

Qeyd edək ki, R.Səlimov IPBES Biomüxtəliflik və Ekosistem Xidmətlərinin Qlobal Qiymətləndirilməsi üzrə IPBES gənc aparıcı mütəxəssislərin təcrübəkeçmə proqramına 246-dan çox namizəd arasından 16 nəfərdən biri kimi seçilmişdir. Qlobal qiymətləndirmə üzrə IPBES gənc aparıcı mütəxəssisləri musabiqəsi IPBES-in çoxsahəli ekspert paneli üzvlərinin (MEP) və qiymətləndirmə üzrə həmsədrlərin daxil olduğu idarəetmə heyəti tərəfindən aparılıb. Proqram, fərdlərə karyeralarının erkən mərhələlərində biomüxtəliflik və ekosistem xidmətləri ilə bağlı ənənəvi və məhəlli bilik, sosial, iqtisadi və biologiya elmləri sahəsində və siyasətin hazırlanmasında özlərini inkişaf etdirməyə imkan yaradacaqdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015