AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Polşalı mütəxəssislər Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar
Dek 08, 2016 | 07:21 / Görüşlər
Oxunub 3101 dəfə

Polşanın “İntermag” şirkətinin  nümayəndələri Artur Jachymczak və Qalina Kulakovskaya  AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar.  Qonaqlar İnstitutunun  direktoru, professor Əlövsət Quliyev ilə görüşüb və birgə əməkdaşlığın perspektivləri müzakirə edilib. Görüşün əsas məqsədi institutun fəaliyyəti və o cümlədən, kənd təsərrüfatı bitkiləri ilə aparılan təcrübələrdə mikroelementlərdən istifadə vəziyyəti ilə yaxından tanışlıq olub. Görüş çərçivəsində institutun elmi işlər üzrə direktor müavini a.ü.f.d.dos Qoşqar Məmmədov qonaqlara institutda aparılan elmi tədqiqat işləri ilə bağlı məlumatlar verib, xüsusilə aqrokimyəvi tədqiqatda mikroelementlərlə aparılan eksperimental təcrübələrin əhəmiyyətindən danışılıb. Polşalı mütəxəssislər daha sonra İnstitutunun laboratoriyalarında olub və TAİ-nin  analitik cihaz və aparatlarında aparılan işlərlə tanış olublar. Polşada mikrogübrələrin istehsalı ilə ixtisaslaşdırılmış “İntermag” şirkəti bu sahədə elmi və elmi-texniki   əlaqələrin genişləndirilməsi məqsədəuyğun hesab edilib.

 

©  http://www.issa-azerbaijan.org/az/xeberler.html

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015