
Noy 25, 2016 | 04:07 / Konfranslar, iclaslar
Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov Rusiyanın Moskva şəhərində keçirilən ”Bioloji və kimyəvi ekologiyanın aktual problemləri ”mövzusunda elmi- praktiki beynəlxalq konfransda ölkəmizi təmsil edib.
“Azərbaycan şəraitində texnogen təsirə məruz qalmış torpaqların mikosistemlərinin növ tərkibinin kəmiyyət və keyfiyyət dəyişiklikləri”mövzusunda məzuzə ilə çıxış edən alim texnogen təsirə məruz qalmış torpaqların insan sağlamlığına, ətraf mühitə və torpaqların münbitlik xassələrinə zərərli təsirindən bəhs edib. O, müxtəlif kimyəvi birləşmələrdən ağır metal birləşmələrinin, radiaktiv maddələrin, məişət tullantılarının torpaqda toplanması prosesinə nəzarətin vacibliyini diqqətə çatdırıb.
Tədbir ölkələr arasında əlaqələrin genişlənməsi və möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
© http://www.azmbi.az/31.html