AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Botanika İnstitutu “Elmlə təhsil arasında əlaqə” proqramı çərçivəsində maarifləndirmə işlərini davam etdirir
Dek 15, 2016 | 07:10 / Konfranslar, iclaslar
Oxunub 932 dəfə

AMEA Botanika İnstitutu biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi məqsədilə müxtəlif maarifləndirici seminarların təşkilində yaxından iştirak edir. Növbəti seminar Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Mən bir ağac əkmişəm” layihəsi çərçivəsində Bakı Ali Neft Məktəbində təşkil olunmuşdur. AMEA-nın Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dosent Rəşad Səlimov “Azərbaycanda bitki müxtəlifliyinin öyrənilməsi: AMEA Botanika İnstitutunun təcrübəsi, inkişaf və perspektivlər” mövzusunda çıxış edib. Tədbirdə R.Səlimov tələbələrə Respublikamızda bitki örtüyünün mühafizəsi sahəsində görülən işlər və AMEA Botanika İnstitutunda biomüxtəlifliyin mühafizəsi məqsədilə yaradılan məlumat bazaları və onların üstünlükləri barədə məruzə edib.
Layihə çərçivəsində təlimlər Botanika İnstitutunun laboratoriyalarına və Mərkəzi Nəbatat Bağının canlı kolleksiyasına eksursiyalarla davam etdirilir.

©  http://www.botany.az/az/http://bteb.science.gov.az/az/content/item/375

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015