AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
BTEB-in iclasında iqlim dəyişiklikləri və ölkəmizdə yeraltı sulardan istifadəyə dair müzakirələr aparıldı
Dek 09, 2016 | 05:50 / Konfranslar, iclaslar
Oxunub 366 dəfə

Bu gün AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirildi.

Əvvəlcə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanoviştirakçıları gündəlikdə duran məsələlərlə tanış etdi.

Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyevin "İqlim dəyişiklikləri və Azərbaycanda yeraltı sulardan istifadə məsələləri" mövzusunda elmi məruzəsi dinlənildi. Məruzəçi son illər ərzində baş verən iqlim dəyişikliyi və onun səbəbləri barədə məlumat verdi. Bildirdi ki, havanın temperaturunun artması nəticəsində 2030-cu ildə 3 milyarddan artıq insan su problemi ilə qarşılaşacaq, ekoloji gərginlik müxtəlif fəsadlarla gündəmə gələcək. Azərbaycanda isə Naxçıvan ərazisində iqlim dəyişməsinin daha fəsadlı nəticələrlə özünü göstərəcəyi qeyd olundu.

Ə.Quliyev bildirdi ki, Azərbaycanın su ehtiyatlarının 75 faizi Kür və Araz çaylarının hesabına təmin olunur. Bu çaylar Ermənistan və Gürcüstan tərəfindən ekoloji çirklənməyə məruz qaldığından ölkədə təmiz su mənbəyi azalır. "Problemin həlli yolu isə ekoloji cəhətdən təmiz və yüksək potensiala malik kəhrizlərin bərpasıdır" deyən alim uzun illər istifadəsiz qalan su mənbələrinin yenidən bərpasına və mühafizəsinə ehtiyac olduğunu söylədi. O, ölkəmizin kəhrizlərdən istifadəyə görə dünya üzrə 4-cü yerdə qərarlaşdığını diqqətə çatdırdı.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2016-cı il üzrə Gənclər üçün Prezident mükafatı və "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi haqqında" Sərəncamından irəli gələn məsələlər müzakirə edildi. Elmi-təşkilati məsələlərin müzakirəsi zamanı bəzi institutların tərkibində sturktur dəyişiklikləri gerçəkləşdirildi, yeni şöbələrin yaradılması qərara alındı.

Sonda bir sıra kadr məsələlərinə də baxıldı.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015