AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Botanika İnstitutunun gənc mütəxəssisləri Beynəlxalq treyninqdə iştirak etdilər
Dek 02, 2016 | 03:39 / Konfranslar, iclaslar
Oxunub 2566 dəfə

AMEA Botanika İnstitutunun gənc mütəxəssisləri Xanım Həsənova və Xatirə Qasımova Qazaxıstanın Alma-ata şəhərində Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz (İCBA) və İslam İnkişaf Bankının birgə təşkilatçılığı ilə “Kənd təsərrüfatı bitkilərinin diversifikasiyası və iqlim dəyişkənliyinə uyğunlaşması: yeni duzadavamlı sortların alınması və kənd təsərrüfatı istehsalının optimallaşdırılması üçün modelləşdirmə” mövzusunda keçirilən treyninq-kursda iştirak ediblər. Kurs kənd təsərrüfatı bitkilərinin diversifikasiya və genetik resursların yaxşılaşdırılmasına, taxıl və yem bitkilərinin məhsuldarlığının qiymətləndirilməsi üçün kənd təsərrüfatında mühitin modelləşdirilməsinə, kənd təsərrüfatı məhsullarının optimallaşdırılması üçün regional monitorinqin aparılmasina və quraqlığın erkən xəbərdarlıq sisteminin öyrənilməsinə həsr edilmişdir. Kurs müddətində dünyanın müxtəlif ölkələrindən İCBA-na üzv olan peşəkar mütəxəssislər tərəfindən DsSAT, CropSyst, SVAT, SİBUC, LCM modellərinin tətbiqinə aid texniki təlimlər həyata keçirilib. Həmçinin dəyişkən iqlim şəraitində kənd təsərrüfatı məhsullarının optimallaşdırılması yolları, o cümlədən Mərkəzi Asiya və Cənubi Qafqazda duzadavamlı yeni kənd təsərrüfatı bitkilərinin becərilməsi üzrə müzakirələr aparılıb. Sonda bütün istirakçılara sertifikat verilib.

 

© www.bteb.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015