AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Böyük Britaniyanın təlim kursunda iştirak etmişlər
Dek 02, 2016 | 03:29 / Konfranslar, iclaslar
Oxunub 750 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq əlaqələr, informasiya və koordinasiya şöbəsinin baş mütəxəssisi, dissertant İlhamə Mirzəliyeva və Rüşeym plazması laboratoriyasının əməkdaşı Səidə Rəşidova13 gün Böyük Britaniyanın London şəhərində elmi ezamiyyətdə olmuşlar.

Tədqiqatçılar KEW Millenium Toxum Bankında (MTB) “Mədəni bitkilərin yabanı əcdadlarının toplanmadan sonrakı proseslər haqqında” beynəlxalq təlim kursunda iştirak etmişlər. Kursda həmçininKEWMTB-nin əməkdaşlıq etdiyi ölkələrin alim və mütəxəssisləri də iştirak etmişlər.

Bitki müxtəlifliyi üzrə Qlobal Etimad Fondu (QEF) və KEW Kral Botanika Bağlarının (KBB) maliyyə dəstəyi ilə təşkil edilən təlimdə yabanı məskənlərdən toplanılan bitkilərin toxum bankında aktiv və özək kolleksiyalarda saxlanılması üçün hazırlıq proseslərinin,“X-RAY”, “CUT-Testing” analizlərinin, bitki novünə və sayına uyğun cücərmə testinin öyrədilməsi əsas məqsədlərdən biri olmuşdur. Bundan əlavə, kursda KEW MTB-nin məlumat bazası (BRAHM) sistemi ilə tanışlıq olmuş və ondan istifadə qaydaları öyrədilmişdir. Ezamiyyət müddətində KEW KBB-nin Riçmond şəhərində yerləşənHerbari fonduna səfər də təşkil olunmuşdur.

 

© www.bteb.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015