AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
İsrailli nümayəndələr AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar
Noy 04, 2016 | 05:00 / Görüşlər
Oxunub 1951 dəfə

3 noyabr 2016-cı ildə İsrailli nümayəndələr AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun qonağı olublar. İsrailin “İRRİGATOR” suvarma texnologiyaları şirkətinin inkişaf direktoru Sergey Alba və layihələr üzrə meneceri Andrey Poquça “Yeraltı damla suvarma” mövzusunda məruzə ilə çıxış ediblər. Seminarı giriş sözü ilə açan AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev rəhbərlik etdiyi İnstitutun elmi-tədqiqat istiqamətləri, həyata keçirilən müştərək layihələr haqqında məlumat verib. Xarici nümayəndələr suvarmada mütərəqqi texnologiyaların dəstəklənməsi, su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və səmərəli istifadəsində müasir suvarma sistemlərinin tətbiqi, suyun qənaətlə istifadə edilməsində yeni texnologiyaların tətbiqi ətrafında müzakirələr aparıblar. Tədbirdə həmin suvarma texnologiyalarının Azərbaycanda da tətbiq olunması və birgə əməkdaşlığın perspektivləri müzakirə olunub, suallar cavablandırılıb.

© www.bteb.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015