AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ

1945-ci ilin aprel ayında Azərbaycan Elmlər Akademiyasının Ümumi yığıncağının qərarı ilə Biologiya və Kənd təsərrüfatı Bölməsi yaradılmış və onun rəhbərliyi akademik Mirəsədulla Mirqasımova tapşırılmışdır. Sonralar Bölməyə akademik Mustafabəy Topçubaşov (1946-1952) və akademik Abdulla Qarayev (1952-1956) başçılıq etmişlər. 1957-ci ildə Akademiyanın strukturundakı elmi bölmələr ləğv olunmuş və 1959-cu ildə yenidən bərpa edilərək, akademik Vladimir Rodionoviç Volobuyev Biologiya və Təbabət elmləri şöbəsinə akademik-katib seçilmişdir. Sonralar şöbənin adı dəyişdirilib, Biologiya Elmləri Bölməsi adlandırılmış, müxtəlif illərdə akademik

Cəlal Əliyev (1981-1991), akademik Şamxal Tağıyev (1991-1997), akademik Musa Musayev (1997-2007) Bölmənin akademik-katibi vəzifələrində çalışmışlar. 2007-ci ildə bu vəzifəyə akademik Əhliman Əmiraslanov seçilmişdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015