
May 17, 2022 | 10:00
20 may 2022-ci il tarixində saat 12:00-da Tərtər rayonunun Şıxarx qəsəbəsində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Genetik Ehtiyatlar İnstitutunun birgə təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunan “Qarabağ regionunda ərzaq təhlükəsizliyinin təmin olunmasında Qarabağ Elmi Tədqiqat Bazasının rolu” mövzusunda tarla seminarı keçiriləcək.
Tədbirdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun “Qarabağa elmin “Böyük Qayıdışı”, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın “Qarabağda aqrar tədqiqatların bərpası və ərzaq təhlükəsizliyinin təmin olunmasının perspektivləri”, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun “Tərtər rayonunda işğaldan azad edilmiş ərazilərin bərpasında və aqrar sahənin inkişafında elmin istehsalata tətbiqinin dəstəklənməsi”, Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun “Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazası: keçmiş uğurlar, mövcud problemlər və gələcək inkişaf perspektivləri” və tədbir iştirakçılarının təqdimatları əsasında “Qarabağ regionunda genofondun öyrənilməsi və bərpası, yeni bitki sortlarının yaradılması və toxumçuluğunun elmi əsaslarla inkişaf etdirilməsi” mövzusunda məruzələr dinləniləcək, müzakirələr aparılacaq, həmçinin kolleksiya sahələrinə baxış keçiriləcək.