AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
“Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Mart 09, 2022 | 02:00
Oxunub ( 389 )

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə 5-6 iyul 2022-ci il tarixlərində Şuşa və Bakı şəhərlərində “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans (hibrid formatda) keçiriləcək.

Konfransın mövzuları:

- Şuşa və ətraf ərazilərin flora, fauna, mikobiota müxtəlifliyi, dərman əhəmiyyətli bioresursları, onların bərpa, mühafizə və səmərəli istifadə məsələləri;

- Regionun meşə və otlaq ekosistemləri;

- Şuşa və ətraf ərazilərin qırmızı siyahıları, introduksiya və reintroduksiya məsələləri;

- Qarabağın qorunan əraziləri, mövcud vəziyyət və perspektivlər;

- Regionun genetik ehtiyatları və ərzaq təhlükəsizliyi;

- Şuşa və ətraf ərazilərin su və torpaq ehtiyatlarının bərpası, səmərəli və təhlükəsiz istifadəsində müasir yanaşmalar;

- İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpa və inkişafı;

- Aqvamüxtəliflik və aqvakulturanın inkişaf perspektivləri;

- Herantoloji tədqiqatlar;

- Biotəhlükəsizlik məsələləri;

- Ekoturizm və biomüxtəliflik;

- Yaşıl iqtisadiyyat.

Tezislər garabagh.conf.biodiv@gmail.com elektron ünvanına göndərilməlidir.

Konfransın dili: Azərbaycan və ingilis dilləri

Məktubun mövzu yerində “ŞUŞA-QARABAĞ Konfrans” sözlərinin mütləq yazılması tələb olunur. Tezis faylının adı birinci müəllifin latın hərfləri ilə yazılmış soyadı və adı ilə başlanmalı, ardınca tezisin adının ilk sözləri verilməlidir, məsələn: Rasouli_Aliakbar_APPLICATION_OFhttp://bteb.science.gov.az.

Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir sətir buraxılır.

Tezisin mətni:

- Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası 1.05 olmaqla, 1-2 səhifə həcmində olmalıdır;

- Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir;

- Tezisin adı ortadan böyük hərflərlə Bold (qara) şriftlə, bir sətir buraxdıqdan sonra növbəti sətirdə ortadan adi şriftlə tezisin müəlliflərinin ad və soyadları (ad açıq yazılır), bir sətir buraxdıqdan sonra növbəti sətirin əvvəlindən hər müəllifin iş yeri, ölkəsi, korrespondent müəllifin e-mail ünvanı və mobil telefonu verilir;

- Bir sətir buraxıldıqdan sonra abzasdan (abzas - 1 sm) adi şriftlə əsas mətn başlanır.

Nümunə ilə buradan tanış ola bilərsiniz.

Tezislərin göndərilməsi üçün son tarix - 06.06.2022-ci ildir.

Vaxtında təqdim edilməmiş, elmi səviyyəsi tələblərə cavab verməyən, yuxarıda qeyd edilən qaydalara riayət olunmamış və ciddi redaktə edilməmiş tezislər qəbul edilməyəcək.

Konfrans materialları elektron və çap formatlarında nəşr olunacaq.

Tel.: (+994 50) 463 63 27, (+994 50) 338 15 71.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015