AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası ilə bağlı tarla seminarı keçiriləcək
Okt 20, 2021 | 05:10
Oxunub ( 529 )

22 oktyabr 2021-ci il tarixində saat 12:00-da Tərtər rayonunun Şıxarx qəsəbəsində böyük Zəfər gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda va arpa sortlarının toxumçuluğunun təşkili məsələləri”' mövzusunda tarla seminarı keçiriləcək.

Seminar AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Genetik Ehtiyatlar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə Qarabağ bölgəsi üçün yaradılmış taxıl sortlarının sərgi nümunələri ilə tanışlıq olacaq və səpinə başlanılması istiqamətində müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015