AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu müsabiqə elan edir
Apr 07, 2021 | 12:00
Oxunub ( 222 )

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər müəssisənin Proteomiks beynəlxalq laboratoriyasının müdiri vəzifəsi üzrə 1, Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi üzrə 3, kiçik elmi işçisi üzrə 3, Xloroplastların fotokimyası laboratoriyasının böyük elmi işçisi üzrə 1, Molekulyar biotexnologiya laboratoriyasının böyük elmi işçisi üzrə 1, kiçik elmi işçisi üzrə 1, Hüceyrənin membran sistemləri laboratoriyasının elmi işçisi üzrə 1, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının kiçik elmi işçisi üzrə 1, Fotobioenergetika laboratoriyasının kiçik elmi işçisi üzrə 2, Hesablama struktur biologiyası laboratoriyasının kiçik elmi işçisi üzrə 2, Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi üzrə 1 və Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi üzrə 1 ştat vahididir. 

Müsabiqədə biologiya elmləri üzrə fəlsəfə və elmlər doktoru dərəcəsi olan elmi işçilər və ya müvafiq ixtisaslar üzrə təcrübəli mütəxəssislər iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən etibarən 1 ay müddətində təqdim edilməlidir.

Ünvan: AZ1073, Bakı şəh., İzzət Nəbiyev 11

Tel.: (+994 12) 510 89 41

E-mail: imbb@science.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015