AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
“Hesablama və kompüter elmləri metodlarının bioloji elmlərə bəzi tətbiqləri” mövzusunda seminar keçiriləcək
Mart 27, 2021 | 10:00
Oxunub ( 183 )

31 mart 2021-ci il tarixində saat 15:00-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının rəhbəri, Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama kristalloqrafiyası qrupunun  rəhbəri Qərib Mürşüdovun “Hesablama və kompüter elmləri metodlarının bioloji elmlərə bəzi tətbiqləri” mövzusunda onlayn elmi seminarı keçiriləcək.

27 Mart – Elm Gününə həsr olunan tədbirə buradan qoşula bilərsiniz.

İdentifikator: 947 8232 7411

Kod: mbbi

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015