AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsi elan olunub
Avg 07, 2020 | 11:00
Oxunub ( 174 )

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsi elan olunub.

Müsabiqə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək məqsədilə keçirilir. Eyni zamanda, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan, elmi tədqiqatlarla əlaqəli digər qurumlarda (nazirliklərin nəzdindəki elmi-tədqiqat institutları, dövlət qurumları və s.) çalışan gənc alim və tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq, bir elmi mövzunun (problemin müəyyən hissəsinin) tədqiqi məqsədilə yaradılan müvəqqəti yaradıcı kollektivləri dəstəkləmək nəzərdə tutulur.

Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu avqustun 7-dən sentyabrın 7-si saat 17:00-dək etibarən, elektron qaydada “e-QRANT” - “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” rəsmi internet səhifəsində (http://e-grant.sdf.gov.az/) həyata keçiriləcək.

“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” elektron-hökumət prinsipləri əsasında qurulub və “ASAN İmza”dan istifadəni də nəzərdə tutur. “Asan İmza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulan bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “virtual şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.

Layihələrin qəbulu üçün nəzərdə tutulan müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi planlaşdırılır. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (http://sdf.gov.az/az) dərc olunacaq.

Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015