AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA və TÜBİTAK-ın birgə müsabiqəsinə Azərbaycan alimlərinin 58 layihəsi təqdim edilib
May 05, 2020 | 10:37
Oxunub ( 44 )

AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan edilmiş layihə müsabiqəsi başa çatıb.

Azərbaycan alimləri tərəfindən AMEA-ya 58 layihə təqdim edilib.

Müsabiqənin şərtlərinə əsasən hər iki təşkilata təqdim edilmiş layihələr öncə ekspertizadan keçirilir. Təqdim edilmiş layihələrdən 5-i ilkin mərhələdən keçməyib, 53 layihə isə texniki qiymətləndirmə üçün qəbul edilib.

Layihələrin siyahısı ilə buradan tanış olmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015