AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Akademik Vladimir Rodionoviç Volobuyevin 110 illiyi ilə əlaqədar yubiley yığıncağı keçiriləcəkdir
Sen 23, 2019 | 09:59
Oxunub ( 26 )

27 sentyabr 2019-cu il tarixində, sааt 11:00-da AMEA-nın Əsas binasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 115) görkəmli torpaqşünas alim, AMEA-nın həqiqi, SSRİ EA-nın müxbir üzvü, kənd təsərrüfatı (aqrar) elmləri doktoru, professor, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, Əməkdar Elm xadimi, müxtəlif illərdə (1958-1959, 1980-1987) AEA-nın vitse-prezidenti, 1959-cu ildən 1980-ci ilə kimi AEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibi olmuş Vladimir Rodionoviç Volobuyevin anadan olmasının 110 illiyi ilə əlaqədar yubiley yığıncağı keçiriləcəkdir.
Yığıncaq Azərbaycan Respublikası Prezidentinin Vladimir Rodionoviç Volobuyevin 110 illik yubileyinin qeyd edilməsi haqqında 14 may 2019-cu il tarixli, 1174 nömrəli Sərəncamının, AMEA-nın Rəyasət Heyətinin 31 may 2019-cu il tarixli 10/22 nömrəli Qərarının icrası çərçivəsində təşkil olunur.
27 sentyabr 2019-cu il tarixində, sааt 14:30-da AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Vladimir Rodionoviç Volobuyevin anadan olmasının 110 illiyinə həsr edilmiş elmi sessiya keçiriləcəkdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015