AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA Dendrologiya İnstitutu müsabiqə elan edir
Fev 21, 2019 | 02:56
Oxunub ( 327 )

“ELM GÜNÜ”-nün keçirilməsi ilə əlaqədar olaraq AMEA Dendrologoya İnstitutunun tərəfindən “Bitki aləmi” adlı foto-müsabiqənin keçirilməsi elan olunur. Müsabiqənin ana xətti: təbiətdən gələn qeyri–adi gözəlliyi və bitkilər aləmini əks etdirməkdir.

İlk üç yerin qalibləri: 1-ci yer 300 AZN, 2-ci yer 200 AZN, 3-cü yer 100 AZN məbləğində mükafatlandırılacaq. Müsabiqədə iştirak etmək üçün fotolar dendrary@mail.azdendrary.director@gmail.com ünvanlarına təqdim edilməlidir.  Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatında olmalıdır.

Hər bir müəllif, fotonun adında özü haqda məlumatı (ad,soyad, fotonun adı) yerləşdirməlidir. Fotolar müsabiqə elan olunduğu dövrdə cəkilməlidir. Təqdim olunan fotoların üzərində hec bir müəllif imzası və ya loqo yerləşdirilməməlidir. Təqdim olunmuş fotolar üzərində hec bir redaktə olunmamalıdır. Elan olunmuş ayda çəkilmiş işlər qəbul olunacaq. 

Müraciətlər 20 mart 2019-cü il tarixinə qədər qəbul olunur.

Tel:     +99412 454 6062//+994124541050

Mob:  +99477 424 01 85

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015