AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
“İKT, cəmiyyət və insanlar" mövzusunda XII beynəlxalq konfrans keçiriləcək
May 02, 2018 | 06:33
Oxunub ( 224 )

17-19 iyul 2018-ci il tarixlərdə İspaniyanın Madrid şəhərində “Kompüter Elmləri və İnformasiya Sistemləri üzrə XII silsilə konfranslar” (12th Multi Conference on Computer Science and Information Systems MCCSIS 2018) çərçivəsində “İKT, cəmiyyət və insanlar” mövzusunda XII beynəlxalq konfrans (12th International Conference on ICT, Society and Human Beings 2018) keçiriləcək.

İKT-nin bəşəriyyətə təsiri, İKT, fərdlər və cəmiyyət arasında qarşılıqlı əlaqələrin müzakirəsini əhatə edəcək konfransa məqalələr 21 may 2018-ci il tarixinədək qəbul edilir.

Konfransa təqdim olunmuş ən yaxşı məqalələrin genişləndirilmiş versiyaları “IADIS International Journal on WWW/Internet”də dərc olunmaq üçün seçiləcək. Konfrans materialları “INSPEC”, “Elsevier”, “EI Compendex”, “Scopus”, “Web Science”, “EBSCO” və digər əhəmiyyətli bazalarda indeksləşdirilmək üçün təqdim olunacaq.

Qeyd edək ki, tədbir “International Association for Development of the Information Society” (İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Beynəlxalq Assosiasiya) tərəfindən təşkil olunur.

 

© www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015