
"Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq
İyl 18, 2017 | 05:49
İyl 18, 2017 | 05:49
Oxunub ( 2013 )
19 iyul 2017-ci il tarixində saat 22:00-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.
Veriliş Azərbaycanda botanika sahəsində tədqiqatların inkişaf mərhələləri, bu istiqamətdə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.
Proqramın qonağı AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadədir.
© www.science.gov.az